14 dekabr 2025. Bazar günü

"Bernli"nin "Vulverhempton"un qapıçısını hədəfə alıb


  • Transfer
  • 23:23 28.07.2025
  • Oxunma sayı: 134
"Bernli"nin "Vulverhempton"un qapıçısını hədəfə alıb

İngiltərənin “Bernli” klubu “Vulverhempton”un qapıçısı Sem Constona maraq göstərir.

90deqiqe.Az-ın "The Sun"a istinadən verdiyi məlumata görə, “Bernli” rəhbərliyi Ceyms Trafordun “Mançester Siti”yə mümkün keçidini nəzərə alaraq yeni qapıçı axtarışındadır. Conston bu vəzifə üçün əsas namizədlərdən biri kimi qiymətləndirilir. Artıq futbolçunun agenti ilə əlaqə saxlanılıb.

“Vulverhempton” 32 yaşlı qolkiperi təxminən 10 milyon avroya satmağa hazırdır. Eyni zamanda, icarə variantı da müzakirə olunur.

Qeyd edək ki, Conston ötən mövsüm 10 oyunda forma geyinib və bu matçlarda 19 qol buraxıb. Transfermarkt portalı onu 6 milyon avro dəyərində qiymətləndirir.

 

 







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı