5 dekabr 2025. Cümə

Səudiyyə klubu "Tottenhem"in futbolçusunu hədəfə alıb


  • Transfer
  • 11:09 29.07.2025
  • Oxunma sayı: 116
Səudiyyə klubu "Tottenhem"in futbolçusunu hədəfə alıb

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu “Tottenhem”in yarımmüdafiəçisi İv Bissumanın transferini gündəminə alıb.

90deqiqe.Az-ın məlumatına görə, 28 yaşlı futbolçu Avropa klubları arasında da maraq doğurur, lakin görünür, yaxın günlərdə Səudiyyə Ərəbistanından rəsmi təklif ala bilər.

“Əl-Əhli” rəhbərliyi hazırda malili futbolçunun mümkün transferi ilə bağlı müzakirələr aparır.

Transfermarkt portalı oyunçunun bazar dəyərini 25 milyon avro olaraq göstərir. “Tottenhem” Bissumanı 2022-ci ilin yayında “Brayton”dan təxminən 30 milyon avroya transfer etmişdi.

London təmsilçisinin heyətində Bissuma bütün turnirlər daxil olmaqla 100 oyunda iştirak edib, 2 qol vurub.







Transfer