- Transfer
- 18:38 24.11.2024
Səbail daha bir legioneri ilə yollarını ayırıb.
Corne.az xəbər verir ki, Premyer Liqa təmsilçisi qapıçısı Daniel Bojinovski ilə müqaviləni qarşılıqlı razılıqla ləğv edib. Futbolçuya azad agent statusu verilib. “Səbail” Danielə gələcək karyerasında uğurlar arzulayıb.
Məlumatı klubun rəsmi Feysbuk səhifəsi yayıb.
30 yaşlı Bojinovski bu yay keçdiyi Bakı klubunun heyətində Avropa Liqası matçlarında çıxış edib. İlk turda ehtiyatda qalan Danielə Premyer Liqamızda debüt etmək nəsib olmadı.
Xatırladaq ki, “Səbail” Avropa Liqasında çıxışını başa vurduqdan sonra “Zirə”dən gələn fransalı yarımmüdafiəçiləri - Dilan Duventru və Bilal Həmdiylə müqavilələrini qarşılıqlı razılıqla pozmuşdu.