14 dekabr 2025. Bazar günü

İsmael Konenin karyerası İtaliyada davam edəcək


  • Transfer
  • 17:28 29.07.2025
  • Oxunma sayı: 121
İsmael Konenin karyerası İtaliyada davam edəcək

“Marsel” klubunun mərkəz yarımmüdafiəçisi İsmael Kone karyerasını İtaliyanın “Sassuolo” komandasında davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Kanadalı futbolçu “Sassuolo”ya bir mövsümlük icarə əsasında keçib. Müqavilədə oyunçunun transfer hüququnun alınması üçün satınalma şərti də yer alıb.

23 yaşlı Kone “Marsel”ə ötən ilin yayında transfer olunmuşdu. Qış fasiləsində isə icarə əsasında Fransa təmsilçilərindən “Renn”də çıxış etmişdi. Ümumilikdə 2023/24 mövsümündə hər iki klubun heyətində 22 oyuna çıxaraq 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalına əsasən, Koneyə hazırda 9 milyon avro dəyər verilir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı