Mövsümün əvvəlində Barcelona'nın təklifini rədd edən Atletico Madrid'in futbolçusu Antoine Grizmann bu haqda fikirlərini açıqlayıb.
Corner.az-ın məlumatına görə, İspaniyanın “Canal Sport” televiziyasına danışan 27 yaşlı hücumçu bu qərarı verməyin çətin olduğunu söyləyib: “Barcelona”nın təklifini rədd etmək çox çətin idi. Bir tərəfdə “Barcelona” var idi, məni istəyirdi, mesajlar atırdı, zəng edirdi, digər tərəfdə isə formasını geyindiyim, önəmli rola sahib olduğum “Atletico Madrid”. Messinin kölgəsində qalmaq ehtimalı da qərarımda rol oynadı. Komanda yoldaşlarım, klubum qalmağım üçün hər şeyi etdi. Mənimlə danışdılar, maaşımı artırdılar. Çox qarışıq vaxtlar idi. Əsas da həyat yoldaşım üçün. Onu gecə 3-də oyadıb, bu barədə danışırdım”.
Qeyd edək ki, A. Grizmann bu mövsüm Madrid klubunun heyətində 17 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.(qol.az)