27 mart 2026. Cümə

"Torino" mərakeşli futbolçu ilə müqavilə imzalayıb


  • Transfer
  • 23:34 29.07.2025
  • Oxunma sayı: 141
"Torino" mərakeşli futbolçu ilə müqavilə imzalayıb

"Torino" klubu "Tuluza"nın futbolçusu Zəkəriya Abuxlali transfer edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  25 yaşlı sağ cinah oyunçusu ilə 4 illik müqavilə imzalanıb.

Mərakeş millisində 22 oyuna çıxan və 3 qol vuran Abuxlalin transferi "Torino"ya 8,5 milyon avroya başa gəlib.

Futbolçu 2022-ci ildən "Tuluza"da çıxış edirdi. O, peşəkar futbola Niderlandda başlayıb və Fransaya keçid etməzdən əvvəl "AZ Alkmaar"ın formasını geyinib.

Xatırladaq ki, "Torino" A Seriyasının geridə qalan mövsümünü 44 xalla 11-ci pillədə tamamlamışdı.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb