14 dekabr 2025. Bazar günü

"Real" və "Milan"ın sabiq futbolçusu Meksika klubuna keçə bilər


  • Transfer
  • 23:52 29.07.2025
  • Oxunma sayı: 128
"Real" və "Milan"ın sabiq futbolçusu Meksika klubuna keçə bilər

Madrid "Real"ı və İtaliyanın "Milan" klubunun sabiq hücumçusu Luka Yoviç karyerasını Meksikada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki,  27 yaşlı forvarda "Krus Asul" klubu rəsmi təklif göndərib. Lakin serbiyalı futbolçu hələ yekun qərar verməyib və ailəsi ilə məsləhətləşmələr aparır.

Xatırladaq ki, bir müddət əvvəl Yoviçin namizədliyi Moskva "Spartak"ına da təklif olunmuşdu, lakin rus klubu hücumçunun transferindən imtina etmişdi.

2024/25 mövsümündə Luka Yoviç "Milan"ın heyətində A Seriyası və İtaliya Kubokunda ümumilikdə 17 oyuna çıxaraq 4 qol vurub. Hazırda azad agent statusunda olan futbolçunun transfer dəyəri 4,5 milyon avro olaraq qiymətləndirilir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı