14 dekabr 2025. Bazar günü

Nelson Semedo “Fənərbağça”ya keçir


  • Transfer
  • 23:12 30.07.2025
  • Oxunma sayı: 108
Nelson Semedo “Fənərbağça”ya keçir

Portuqaliya millisinin müdafiəçisi Nelson Semedo karyerasını Türkiyədə davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, futbolçu artıq İstanbul istiqamətində yoldadır.

“Fənərbağça” yaxın günlərdə müdafiə xəttinə daha bir güclü əlavə etməyə hazırlaşır – komanda Slovakiya millisinin üzvü Milan Şkrinyarı da heyətinə qatmaq üzrədir. Tərəflər artıq razılığa gəlib, futbolçunun transferi tibbi müayinədən keçdikdən və sənədlər imzalandıqdan sonra rəsmiləşəcək.

31 yaşlı Nelson Semedo peşəkar karyerası ərzində “Benfika”, “Barselona” və “Vulverhempton” kimi klublarda çıxış edib. Sonuncu klubundan azad agent kimi ayrılan portuqaliyalı müdafiəçi ötən mövsüm Premyer Liqada 38 oyun keçirib, 5 məhsuldar ötürmə verib və 9 sarı vərəqə alıb.

Portuqaliya milli komandası ilə UEFA Millətlər Liqasını iki dəfə qazanan və Konfederasiyalar Kubokunda bürünc medal əldə edən futbolçunun hazırkı bazar dəyəri 9 milyon avro olaraq qiymətləndirilir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı