14 dekabr 2025. Bazar günü

Fransadan İtaliya klubuna


  • Transfer
  • 23:29 30.07.2025
  • Oxunma sayı: 121
Fransadan İtaliya klubuna

Fransanın “Ren” klubunun müdafiəçisi Leo Estiqor karyerasını İtaliyanın “Cenoa” klubunda davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə komandanın rəsmi saytı məlumat yayıb.

25 yaşlı müdafiəçi 1 mövsümlük icarə əsasında “Cenoa”da çıxış edəcək. Müəyyən şərtlər yerinə yetirildikdə, Norveç millisində çıxış edən futbolçunun transfer hüquqları İtaliya klubu tərəfindən alınacaq.

Qeyd edək ki, Estiqor daha öncə İtaliyada “Napoli” klubunda çıxış edərək 2023-cü ildə çempionluq qazanıb. 2022-ci ildə isə o, icarə əsasında “Cenoa”da da oynayıb.

Ötən mövsüm Estiqor “Hoffenhaym” (icarədə) üçün 11, “Ren” üçün isə 18 oyun keçirib və 1 qol vurub. Onun hazırkı bazar dəyəri 10 milyon avro qiymətləndirilir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı