14 dekabr 2025. Bazar günü

"Milan" "Yuventus"un hücumçusunu transfer etməkdə israrlıdır


  • Transfer
  • 14:12 31.07.2025
  • Oxunma sayı: 101
"Milan" "Yuventus"un hücumçusunu transfer etməkdə israrlıdır

"Milan" klubu "Yuventus"un hücumçusu Duşan Vlahoviçi transferini reallaşdırmaq üçün çalışır.

90deqiqe.Az-ın məlumatına görə, "rossoneri"nin nümayəndələri artıq bir neçə həftədir ki, serb futbolçusunun transferi üzərində iş aparır və onun agentləri ilə daimi əlaqə saxlayırlar.

Transferin həyata keçirilməsi asan olmayacaq, çünki Vlahoviçin maaşı, Serie A üzrə olduqca yüksəkdir. Lakin "Milan" klubu tələsmir və danışıqların uğurlu nəticələnəcəyinə ümid edir.

"Yuventus" bu yay Vlahoviçi satmağı planlaşdırır, çünki futbolçunun mövcud müqaviləsi gələn il başa çatır və yeni müqavilə şərtləri ilə bağlı razılaşma əldə olunmayıb. 25 yaşlı hücumçu,"Milan"da məşqçi Massimiliano Alleqri ilə bir daha birlikdə işləyə bilər, çünki onlar "Yuventus"da birgə fəaliyyət göstəriblər.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı