14 dekabr 2025. Bazar günü

Jouau Palinya Premyer Liqaya qayıdır


  • Transfer
  • 22:06 01.08.2025
  • Oxunma sayı: 115
Jouau Palinya Premyer Liqaya qayıdır

“Bavariya"nın yarımmüdafiəçisi Jouau Palinya yenidən İngiltərə Premyer Liqasında çıxış edəcək.

90deqiqe.Az-ın məlumatına görə, "Tottenhem" portuqaliyalı futbolçunun xidmətində maraqlıdır.

30 yaşlı futbolçu artıq London klubu üçün tibbi müayinədən keçib və transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

“Tottenhem” Palinyanı mövsümün sonuna qədər icarəyə götürəcək. Müqaviləyə 30 milyon avro dəyərində satınalma opsiyası da daxil olacaq, lakin bu bənd məcburi xarakter daşımayacaq.

Qeyd edək ki, London təmsilçisi ötən mövsüm Premyer Liqanı yalnız 17-ci pillədə başa vurub. Buna baxmayaraq, komanda Avropa Liqasını qazanaraq Çempionlar Liqasına vəsiqə əldə edib. Yay fasiləsində isə klubun baş məşqçi postuna danimarkalı Tomas Frank təyin olunub.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı