14 dekabr 2025. Bazar günü

Antuan Qrizmann “Əl-Hilal”a transfer oluna bilər


  • Transfer
  • 16:43 02.08.2025
  • Oxunma sayı: 132
Antuan Qrizmann “Əl-Hilal”a transfer oluna bilər

Madrid “Atletiko”sunun ulduz hücumçusu Antuan Qrizmann karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə, 34 yaşlı forvardın xidmətində “Əl-Hilal” klubu maraqlıdır. Ərəb klubunun baş məşqçisi, italiyalı mütəxəssis Simone İnzaqi təcrübəli futbolçunun transferini rəhbərlikdən şəxsən istəyib.

Səudiyyə Ərəbistanı təmsilçisi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb. “Əl-Hilal” fransızın transferi üçün “Atletiko”ya təxminən 20 milyon avro ödəməyə hazırdır.

Transfermarkt portalı təcrübəli futbolçunu 18 milyon avro dəyərində qiymətləndirir. Qrizmannın Madrid klubu ilə olan hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı