5 dekabr 2025. Cümə

“Roma” Daniele Gilardini transferini rəsmən açıqladı


  • Transfer
  • 17:14 02.08.2025
  • Oxunma sayı: 92
“Roma” Daniele Gilardini transferini rəsmən açıqladı

“Verona”nın mərkəz müdafiəçisi Daniele Gilardinin “Roma” klubuna keçidi rəsmiləşib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

İtaliya U-21 millisinin üzvü "canavarlar"a bonuslar istisna olmaqla 10,5 milyon avroya başa gəlib.

Yeni klubunda Gilardi 87 nömrəli formanı seçib.

O, geridə qalan A Seriyası mövsümündə “Verona”nın əsas mərkəz müdafiəçilərindən biri olub və 24 oyunda meydana çıxıb. Həmin qarşılaşmalarda qol və ya assistlə yadda qalmayıb.

İtaliya çempionatının yeni mövsümü 23 avqustda start götürəcək.







Transfer