14 dekabr 2025. Bazar günü

“Liverpul” Aleksandr İsak üçün israrlıdır


  • Transfer
  • 17:40 02.08.2025
  • Oxunma sayı: 162
“Liverpul” Aleksandr İsak üçün israrlıdır

“Liverpul” “Nyukasl”ın mərkəz hücumçusu Aleksandr İsakı heyətinə qatmaqda qərarlıdır. Bu barədə jurnalist Sebastyen Vidal məlumat yayıb.

90deqiqe.Az-ın məlumatına görə, “Nyukasl” ilk rəsmi təklifi geri çevirsə də, “Liverpul” transferi reallaşdırmaq üçün yeni yollar axtarır. Mersisayd klubu İsveçli forvardın qiymətini aşağı salmaq məqsədilə bir və ya iki oyunçusunu əvəzləşmə paketinə daxil etməyi düşünür.

Müzakirələrdə adı çəkilən oyunçular arasında Darvin Nunes, Harvey Elliot, Kostas Tsimikas, Tayler Morton və Federiko Kyeza var.

“Nyukasl” İsakın satışından 171 milyon avro gəlir əldə etmək istəyir, lakin “Liverpul” bu məbləği çox sayaraq kompromis variant axtarışındadır.

25 yaşlı Aleksandr İsak ötən mövsüm bütün turnirlərdə 42 oyun keçirib, 27 qol vurub və 6 assistlə yadda qalıb.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı