14 dekabr 2025. Bazar günü

“Milan”ın futbolçusu ilə Rusiya və Türkiyə klubları maraqlanır


  • Transfer
  • 17:43 03.08.2025
  • Oxunma sayı: 103
“Milan”ın futbolçusu ilə Rusiya və Türkiyə klubları maraqlanır

“Milan”ın yarımmüdafiəçisi İsmail Bennaser karyerasını başqa klubda davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı futbolçunun xidmətində Rusiya Premyer Liqası və Türkiyə Super Liqasından adları açıqlanmayan klubları maraqlıdır. 

Hər iki klub əlcəzairli futbolçu ilə bağlı “Milan”dan məlumat sorğusu göndərib. “Rossoneri” artıq Bennaseri əsas planlarında görmür.

Bennaser 2019-cu ilin yayından “Milan”ın heyətində çıxış edir. Ötən mövsümün ikinci hissəsini icarə əsasında “Marsel”də keçirən yarımmüdafiəçinin İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 15 milyon avrodur.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı