14 dekabr 2025. Bazar günü

Kuadrado A Seriyasına qayıdır


  • Transfer
  • 18:02 03.08.2025
  • Oxunma sayı: 129
Kuadrado A Seriyasına qayıdır

“Çelsi”, “İnter” və “Yuventus”un sabiq cinah oyunçusu Xuan Kuadrado karyerasını yenidən İtaliya A Seriyasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Sky Sport"a istinadən məlumatına görə, 37 yaşlı futbolçu A Seriyasına yenicə vəsiqə qazanmış “Piza” klubu ilə razılığa gəlib.

Kolumbiyalı futbolçu sabah klubun düşərgəsinə qoşulacaq, tibbi baxışdan keçdikdən sonra isə tərəflər arasında müqavilə imzalanacaq. Təcrübəli oyunçu “Piza”ya azad agent statusunda qoşulacaq. Onun “Atalanta” ilə müqaviləsi iyun ayında başa çatıb.

Kuadrado geridə qalan mövsümdə “Atalanta”nın heyətində ümumilikdə 32 oyuna çıxıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb. “Piza” rəhbərliyi təcrübəli futbolçunun komandaya elitada qalmaq uğrunda mübarizədə ciddi töhfə verəcəyinə ümid edir.

Transfermarkt-ın məlumatına əsasən, kolumbiyalının hazırkı bazar dəyəri 1 milyon avro təşkil edir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı