14 dekabr 2025. Bazar günü

“Real” Dani Sebalyosu satmağa hazırdır


  • Transfer
  • 19:50 03.08.2025
  • Oxunma sayı: 133
“Real” Dani Sebalyosu satmağa hazırdır

“Real” klubu yarımmüdafiəçisi Dani Sebalyosla yollarını ayıra bilər.

90deqiqe.Az-ın "Fichajes"ə istinadən yaydığı məlumata görə, “kral klubu” 28 yaşlı futbolçunu transfer siyahısına salıb və ona 10 milyon avro qiymət qoyub. Sebalyosa əsas namizədlərdən biri isə onun sabiq komandası – La Liqa təmsilçisi “Betis”dir. "Betis" artıq ispaniyalı futbolçunun agenti ilə əlaqə saxlayıb və danışıqlar aparır.

Qeyd edək ki, Dani Sebalyos ötən mövsüm “Real”ın heyətində ümumilikdə 45 oyuna çıxıb və iki qol ötürməsi ilə yadda qalıb.

Təcrübəli yarımmüdafiəçinin Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı