14 dekabr 2025. Bazar günü

"Betis" kolumbiyalı futbolçunu heyətinə qatdı


  • Transfer
  • 21:31 04.08.2025
  • Oxunma sayı: 145
"Betis" kolumbiyalı futbolçunu heyətinə qatdı

İspaniyanın "Betis" klubu yarımmüdafiəçi Nelson Deossanın transferini rəsmiləşdirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, kolumbiyalı futbolçu ilə 2030-cu ilin yayına qədər müddəti əhatə edən müqavilə imzalanıb.

Deossa peşəkar futbolda debütünü 20 yaşında, 2020/2021 mövsümündə Kolumbiyanın "Atletiko Uila" klubunda edib. Daha sonra "Atletiko Nasyonal"da çıxış edən futbolçu Kolumbiya Kuboku və Superkubokunu qazanıb. Meksikanın "Paçuka" komandası ilə isə KONKAKAF Çempionlar Kubokunu əldə edib.

2025-ci ilin yanvarında Meksikanın "Monterrey" klubuna keçən 25 yaşlı futbolçu bu müddət ərzində bütün turnirlərdə 29 oyuna çıxıb, 7 qol və 1 assistlə yadda qalıb.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı