5 dekabr 2025. Cümə

“Çelsi” onu bu kluba satdı


  • Transfer
  • 21:58 04.08.2025
  • Oxunma sayı: 150
“Çelsi” onu bu kluba satdı

“Çelsi”nin yarımmüdafiəçisi Kirnan Dyusberi-Holl karyerasını “Everton”da davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı futbolçunun “Everton” klubuna transferi yaxın vaxtlarda baş tutacaq. 

 “Everton” artıq ingilis futbolçu ilə transfer və əmək müqaviləsinin şərtlərini razılaşdırıb. Transferin qiyməti 25 milyon funt sterlinq qiymətləndirilir, bonuslarla bu məbləğ 28-29 milyon funt sterlinqə qədər arta bilər.

Ötən mövsümdə Dyusberi-Holl 36 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib. O, karyerasına “Lester Siti”nin akademiyasında başlayıb, həmçinin “Blekpul” və “Luton Taun” klublarında çıxış edib. Futbolçunun aktivində İngiltərə Çempionatında (Çempionşip) çempionluq, İngiltərə Superkuboku, UEFA Konfrans Liqası və Klub Dünya Çempionatı kimi titullar var.







Transfer