- Transfer
- 20:17 05.12.2025
Braziliyalı hücumçu Neymar karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən yaydığı məlumata görə, "Yuventus" hazırda "Santos" klubunda çıxış edən futbolçunun xidmətində maraqlıdır. İtaliya nəhəngi artıq 32 yaşlı futbolçuun agenti ilə əlaqə saxlaylb.
Turin təmsilçisinin rəhbərliyi hesab edir ki, Neymar A Seriyaya keçidlə karyerasında yeni səhifə aça bilər. Klub həmçinin bu keçidin maliyyə baxımından sərfəli başa gəlməsini hədəfləyir.
Neymarla Fransanın"Marsel" klubu da maraqlanır.
Xatırladaq ki, Neymar daha əvvəl "Barselona" və "PSJ" kimi klublarda çıxış edib, 2023-cü ilə qədər isə Braziliya millisinin lideri olub. O, qışda yenidən karyerasına başladığı "Santos"a qayıdıb və bu müddət ərzində 18 oyuna çıxaraq 4 qol və 3 assistlə yadda qalıb.