- Transfer
- 20:17 05.12.2025
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Aleksandar Mitroviç karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, 30 yaşlı futbolçunun xidmətində “Tottenhem” klubu maraqlıdır. London klubu artıq futbolçunun agenti ilə bağlı əlaqə saxlayıb.
Məlumata görə, “Əl-Hilal” serbiyalını təxminən 35 milyon avroya “Tottenhem”ə satmağa hazırdır. Lakin “Spur”un qarşısında əsas problem Mitroviçinin illik təxminən 25 milyon avro olan maaşıdır.
Ötən mövsümdə Mitroviç bütün yarışlarda 36 oyunda iştirak edərək 28 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt portalına görə, futbolçunun bazar qiyməti 18 milyon avrodur.