- Transfer
- 23:59 29.01.2026
“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali karyerasını yenidən A Seriyasında davam etdirə bilər.
90deqiqe.Az-ın "Gazzetta dello Sport"a istinadən yaydığı məlumata görə, 25 yaşlı futbolçunun xidmətində “Yuventus” klubu maraqlıdır.
Turin təmsilçisi italyan oyunçu üçün artıq “Nyukasl” klubu ilə danışıqlara başlayıb.
Hazırda “Nyukasl”a məxsus olan Tonalinin bazar dəyəri təxminən 60 milyon avro olaraq qiymətləndirilir. İtaliya millisinin üzvü ötən mövsüm bütün turnirlərdə 45 oyunda iştirak edib, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun “Nyukasl”la mövcud müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir. “Yuventus”un qarşıdakı günlərdə rəsmi təkliflə çıxış edəcəyi gözlənilir.