27 mart 2026. Cümə

İngilis klubları fransalıya "elçi" düşüblər


  • Transfer
  • 22:59 05.08.2025
  • Oxunma sayı: 187
İngilis klubları fransalıya "elçi" düşüblər

Fransanın “Renn” klubunun mərkəz müdafiəçisi Jeremi Jake karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "TBR Football"a istinadən yaydığı məlumata görə, 20 yaşlı futbolçunu xidmətində “Liverpul” və “Nyukasl” klubları maraqlıdır. Sözügedən klublar artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Daha əvvəl “Arsenal” da fransalı futbolçunun transferi üçün “Renn”ə rəsmi təklif göndərsə də, Fransa klubu bu təklifi rədd etmişdi.

Gənc futbolçu ötən mövsüm bütün turnirlərdə 29 oyuna çıxaraq 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı Jakeni 10 milyon avro dəyərində qiymətləndirir.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb