14 dekabr 2025. Bazar günü

“Nyukasl"dan “Sevilya”ya


  • Transfer
  • 23:19 06.08.2025
  • Oxunma sayı: 96
“Nyukasl"dan “Sevilya”ya

İspaniyanın “Sevilya” klubu “Nyukasl Yunayted”in qapıçısı Odiseas Vlaxodimosu heyətinə qatmaq istəyir.

90deqiqe.Az-ın "Sky Germany"a istinadən yaydığı məlumata görə, mümkün transfer icarə əsasında baş tuta bilər.

Hərçənd “Sevilya”nın hazırkı əsas qapıçısı Ərlyan Nyulendin çıxışından məmnundurlar, lakin klub bu mövqedə rəqabəti artırmaq niyyətindədir.

Vlaxodimos da növbəti mövsümü maksimum səmərəli keçirməyə çalışır. O, 2026-cı ildə keçiriləcək dünya çempionatında Yunanıstan millisinin heyətində çıxış etmək arzusundadır.

Karyerasına Almaniyanın “Ştutqart” klubunun akademiyasında başlayan 30 yaşlı qolkiper daha sonra “Panatinaikos”, “Benfika” və “Nottingem Forest”in də formasını geyinib. Transfermarkt portalının məlumatına əsasən, Odiseas Vlaxodimosun hazırkı bazar dəyəri 5 milyon avro təşkil edir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı