14 dekabr 2025. Bazar günü

“Milan” isveçli futbolçu transfer edib


  • Transfer
  • 23:23 06.08.2025
  • Oxunma sayı: 98
 “Milan” isveçli futbolçu transfer edib

İsveçrə millisinin yarımmüdafiəçisi Ardon Yaşari İtaliyanın “Milan” klubuna keçidi rəsmiləşib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

23 yaşlı futbolçu yeni klubunda 30 nömrəli formanı daşıyacaq.

Transferin ümumi məbləği bonuslarla birlikdə 38 milyon avroya çata bilər. Bildirilir ki, futbolçu İngiltərə Premyer Liqasından aldığı bir neçə təklifi rədd edərək məhz “Milan”a keçidə üstünlük verib.

Ardon Yaşari peşəkar karyerasına İsveçrənin “Luzern” klubunda başlayıb. 2024-cü ilin yayında “Brügge”yə transfer olunan dayaq yarımmüdafiəçisi üçün Belçika təmsilçisi 6 milyon avro ödəmişdi.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı