- Transfer
- 23:35 08.12.2025
“Çelsi” komandasının hücumçusu Mark Qiu karyerasını İngiltərədə başqa klubda davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, İngiltərənin “Sanderlend” klubu 19 yaşlı forvardı heyətinə qatıb.İspaniyalı futbolçu ilə 1 illik icarə müqaviləsi imzalanıb.
Mark Qiu futbola “Barselona” akademiyasında başlayıb. O, keçən yay “Çelsi”yə transfer olunub və keçən mövsüm 6 qol vurmaqla yadda qalıb. Giu ilə “Çelsi” arasındakı müqavilənin müddəti 2029-cu ilin ortalarına qədərdir.
Qeyd edək ki, “Sanderlend” ötən mövsüm İngiltərə Premyer Liqasına bir neçə illik fasilədən sonra yüksəlib. Komanda elit divizionda çıxış hüququ qazanmaq üçün keçirilən turniri qələbə ilə başa vurub.
Bundan əvvəl “Çelsi” başqa bir futbolçusu, yarımmüdafiəçisi, İngiltərə Premyer Liqasının digər klubu “Everton”a satmışdı.