9 dekabr 2025. Çərşənbə axşamı

“Nyukasl” “Milan”ın futbolçusu ilə razılaşdı


  • Transfer
  • 23:40 06.08.2025
  • Oxunma sayı: 92
“Nyukasl” “Milan”ın futbolçusu ilə razılaşdı

“Milan”ın müdafiəçisi Malik Tiyav karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az-ın "Sky"a istinadən yaydığı məlumata görə, “Nyukasl” klubu və 23 yaşlı futbolçu arasında 4 illik müqavilə şərtləri üzrə razılıq əldə olunub.

Lakin “Nyukasl”ın indi “Milan” klubu ilə Tiyavın transferi barədə razılığa gəlməsi lazımdır. Danışıqlar son təklif olaraq təqdim edilən 30 milyon avro məbləği üzərində davam edir. Eyni zamanda, “Milan”ın baş məşqçisi Massimiliano Alleqrinin futbolçunu komandada saxlamaq istədiyini klub rəhbərliyinə bildirdiyi qeyd olunur.

“Qırmızı-qaralar”ın heyətində Malik Tiyav 85 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır