14 dekabr 2025. Bazar günü

“Börnli” 36 yaşlı qapıçı transfer etdi


  • Transfer
  • 23:44 06.08.2025
  • Oxunma sayı: 107
“Börnli” 36 yaşlı qapıçı transfer etdi

“Börnli” klubu “Nyukasl” ilə qapıçı Martin Dubravkanın transferi barədə razılığa gəlib.

90deqiqe.Az-ın "Sky Sports"a istinadən yaydığı məlumata görə, müqaviləsi gələn yay başa çatacaq 36 yaşlı futbolçu artıq yeni komandasında tibbi müayinədən keçib. Transferin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Slovakiyalı oyunçu, “Nyukasl”da 7 il çıxış edib və klubun heyətində Liqa Kubokunu qazanıb.

Dubravka həmçinin “Mançester Yunayted”də icarə əsnasında eyni titulun sahibi olub. Ötən mövsümdə bazar dəyəri 1 milyon avro qiymətləndirilən oyunçu 16 matç keçirib və 16 qol buraxıb. Onun aktivində isə 8 “clean sheet” (qol buraxmama) oyunu var.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı