9 dekabr 2025. Çərşənbə axşamı

Xuan Kuadradonun yeni klubu bilindi


  • Transfer
  • 23:46 06.08.2025
  • Oxunma sayı: 82
Xuan Kuadradonun yeni klubu bilindi

37 yaşlı Xuan Kuadradonun yeni klubu bəlli olub.

90deqiqe.Az-ın məlumatına görə, “Piza” klubu təcrübəli futbolçunu transfer edib.Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kolumbiyalı futbolçu yeni komandası ilə bir illik müqavilə bağlayıb.

Ötən mövsümü “Atalanta”da keçirən Kuadrado, 2011-ci ildən bəri əsasən İtaliya klublarında çıxış edib. Onun karyerasında “Leççe”, “Udineze”, “Fiorentina” və “İnter” kimi komandalar yer alır. İngiltərədə “Çelsi”yə keçidi uğursuz alınıb və orada tez uyğunlaşa bilməyib. Lakin Xuan ən çox “Yuventus”da göstərdiyi oyunlarla yadda qalıb.

Qeyd edək ki, “Piza” ötən mövsüm Seria B-dən Seria A-ya yüksəlib. Transfermarkt portalı təcrübəli oyunçunun bazar dəyərini 1 milyon avro qiymətləndirir.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır