- Transfer
- 12:47 04.12.2025
“Liverpul” hücumçusu Darvin Nunesin “Əl-Hilal”a transferinə icazə verib.
90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı futbolçu artıq Almaniyaya yollanıb və burada Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqavilə öncəsi tibbi müayinədən keçəcək. Uruqvaylı oyunçu bu gün “Liverpul”dakı komanda yoldaşları ilə vidalaşacaq.
“Əl-Hilal” bu transfer üçün 65 milyon avro (bonuslarla birlikdə) ödəyəcək.
Qeyd edək ki, 2024/25 mövsümündə forvard bütün turnirlər daxil olmaqla 47 oyunda meydana çıxıb, 7 qola və 7 məhsuldar ötürməyə imza atıb.