- Transfer
- 12:47 04.12.2025
"Çelsi"nin hücumçusu Nikolas Ceksonun bu yay klubu tərk edə bilər.
90deqiqe.Az-ın məlumatına görə, bu mövsümün transfer pəncərəsində Ceksonun “Çelsi”dən ayrılması gözlənilir. Komandanın baş məşqçisi Enzo Mareska hücumçunun gələcəyi ilə bağlı suallara cavab verərkən, bu məlumatı təkzib etməyib.
“Transfer pəncərəsində hər şey ola bilər, o cümlədən Nikolas Ceksonun da durumu. Biz iki yeni hücumçu transfer etdik, baxarıq”, – deyə Mareska bildirib.
Keçən mövsümdə 24 yaşlı Seneqallı hücumçu 37 oyunda 13 qol vurub və 6 məhsuldar ötürmə edib. Transfermarkt portalının mütəxəssisləri Nikolaz Ceksonun qiymətini 50 milyon avro olaraq qiymətləndirirlər.