- Transfer
- 12:47 04.12.2025
İtaliyanın “Verona” klubunun müdafiəçisi Djeckson Tçatçua karyerasını “Nottinqem Forest”də davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, Premyer Liqa klubu kamerunlu futbolçu ilə 4 illik müqavilə imzalayacaq. 23 yaşlı futbolçu yeni klubunda yüksək məvacib alacaq. Transferin yaxın həftə sonuna qədər rəsmiləşməsi gözlənilir. “Verona” bu transfer üçün “Nottinqem Forest”dən gələn 12 milyon avro qazanacaq.
Keçən mövsümdə İtaliya A Seriyasında müdafiəçi bütün turnirlərdə 36 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalı Tçatçuanın qiymətini 8 milyon avro olaraq qiymətləndirir.