5 dekabr 2025. Cümə

Simeone "Napoli"ni bu klubla əvəzlədi


  • Transfer
  • 23:00 07.08.2025
  • Oxunma sayı: 171
Simeone "Napoli"ni bu klubla əvəzlədi

"Napoli"nin hücumçusu Covanni Simeone karyerasını "Torino"da davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, "buğalar" 30 yaşlı futbolçunu bir illik icarəyə götürmək üçün Neapol klubuna 1 milyon avro ödəyib.

Simeone 2023-cü ildə "Napoli"nin heyətində A Seriyasının çempionu olub. O, Neapol təmsilçisinə iki il əvvəl "Verona"dan transfer olunmuşdu. Hazırda Transfermarkt portalı argentinalı forvardın dəyərini 5 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, futbolçu məşhur argentinalı baş məşqçi Dieqo Simeonenin oğludur. Ötən mövsüm A Seriyanı 11-ci pillədə başa vuran "Torino" üçün Simeonenin gəlişi hücum xəttinin gücləndirilməsi baxımından mühüm addım hesab olunur. 







Transfer