- Transfer
- 12:47 04.12.2025
"Lill"in qapıçısı Luka Şevalye karyerasını PSJ-də davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, klublar arasında fransız qapıçısının transferi ilə bağlı razılığa gəlinib. Müqavilə beş il müddətinə imzalanacaq.Tibbi müayinələr bu həftə keçiriləcək
Paris klubu qapıçı üçün qarşı tərəfə 40 milyon avro ödəyəcək.
Keçən mövsümdə Şevalye "Liqa 1"də 34 oyunda iştirak edib, bunlardan 11-də "quru" oynayıb. Çempionlar Liqasındaysa, qapıçı 10 oyunda 13 qol buraxıb. Transfermarkt-ın qiymətləndirməsinə görə, futbolçunun bazar dəyəri 35 milyon avro təşkil edir.