9 dekabr 2025. Çərşənbə axşamı

Alvaro Morata İtaliyaya qayıdır


  • Transfer
  • 22:47 08.08.2025
  • Oxunma sayı: 88
Alvaro Morata İtaliyaya qayıdır

“Qalatasaray”ın hücumçus Alvaro Morata karyerasını yenidən İtaliyada davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə,  32 yaşlı forvard tezliklə İtaliya A Seriyası təmsilçisi “Komо”nun heyətinə qoşulacaq.

“Qalatasaray” ispaniyalının icarə müqaviləsinin vaxtından əvvəl ləğvinə görə 5 milyon avro təzminat alacaq. “Komо” futbolçunu “Milan”dan icarəyə götürəcək, tərəflər arasındakı anlaşmada məcburi satınalma bəndi yer alacaq.

Xatırladaq ki, Morata fevral ayından “Qalatasaray”da icarə əsasında çıxış edirdi və müqavilə bir illik nəzərdə tutulmuşdu. “Komо”nun baş məşqçisi isə Moratanın İspaniya millisindən sabiq komanda yoldaşı Sesk Fabreqasdır.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır