27 mart 2026. Cümə

Roman Perro “Betis”i “Lill”ə dəyişir


  • Transfer
  • 23:20 08.08.2025
  • Oxunma sayı: 128
Roman Perro “Betis”i “Lill”ə dəyişir

“Betis”də müdafiəçi kimi çıxış edən Roman Perro yaxın günlərdə karyerasını Fransada davam etdirəcək.

90deqiqe.Az-ın " L'Equipenəşrinə istinadən verdiyi xəbərə görə, “Lill” klubu 27 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Klublar transferin detalları barədə artıq razılığa gəlib və yaxın zamanda rəsmi sazişin imzalanması gözlənilir. “Lill” bu keçid üçün “Betis”ə 3,5 milyon avro ödəyəcək.

Ötən mövsüm Perro Sevilya klubunun heyətində 41 matçda çıxış edərək, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Liqa 1-in ilk turunda “Lill” avqustun 17-də “Brest”lə üz-üzə gələcək.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb