14 dekabr 2025. Bazar günü

“Real” prezidenti Rodrinin transferi üçün şəxsən danışıqlara hazırdır


  • Transfer
  • 23:41 08.08.2025
  • Oxunma sayı: 144
“Real” prezidenti Rodrinin transferi üçün şəxsən danışıqlara hazırdır

“Real” klubunun prezidenti Florentino Peres “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferi ilə bağlı danışıqları şəxsən aparmağa hazırdır.

90deqiqe.Az-ın "Cadena SER"ə istinadən yaydığı məlumata görə, hazırda “Qızıl top” sahibi olan ispaniyalı futbolçu “Real” üçün prioritet transfer hədəfidir. Əgər klubun idman bölməsi danışıqları uğurla başa çatdıra bilməsə, Peres məsələni özü həll etməyə qərarlıdır.

29 yaşlı oyunçunun “Mançester Siti” ilə müqaviləsi 2029-cu ilin 30 iyununa qədərdir və onun bazar dəyəri 110 milyon avro qiymətləndirilir.

Rodri ağır zədədən sonra sağalıb və ABŞ-da keçirilən Klublararası Dünya Çempionatında 4 oyuna çıxıb.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı