27 mart 2026. Cümə

"Lion" millinin qapıçısını transfer etdi


  • Transfer
  • 16:43 09.08.2025
  • Oxunma sayı: 129
 "Lion" millinin qapıçısını transfer etdi

Fransanın "Lion" klubu yaxın günlərdə yeni qapıçı ilə müqavilə imzalayacaq.

90deqiqe.Az-ın "L'Équipe"yə istinadən məlumatına görə,  komandanın yeni üzvü hazırda "Malyorka"da çıxış edən Slovakiya millisinin qapıçısı Dominik Qreyf olacaq.

Mənbə bildirir ki, tərəflər transferin son detalları üzərində işləyirlər və müqavilənin yaxın vaxtlarda rəsmiləşdirilməsi gözlənilir. "Lion" 28 yaşlı qolkiper üçün 4 milyon avro ödəyəcək, əlavə olaraq 1,25 milyon avro bonus maddələri də müqaviləyə daxil ediləcək.

Qreyfin gələn həftə Fransaya yollanaraq "Lion" ilə 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalaması planlaşdırılır. Ötən mövsüm La Liqada 31 matça çıxan slovak qapıçı yeddi görüşdə qapısını toxunulmaz saxlayıb.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb