27 mart 2026. Cümə

"Nyukasl" Aleksandr İsakın transferinə icazə verməyib


  • Transfer
  • 16:49 09.08.2025
  • Oxunma sayı: 124
"Nyukasl" Aleksandr İsakın transferinə icazə verməyib

"Nyukasl"ın hücumçusu Aleksandr İsak klubun yay transfer pəncərəsində onun başqa komandaya keçidinə icazə verməməsindən narazıdır.

90deqiqe.Az-ın "The Telegraph"a istinadən məlumatına görə, "Liverpul" isveçli üçün 110 milyon funt sterlinq təklif etsə də, "Nyukasl" bu təklifi rədd edib.

Buna baxmayaraq 25 yaşlı forvard mövsümöncəsi "Liverpul"a keçmək arzusundadır.

Bundan əvvəl hücumçu komandanı icazəsiz tərk etdiyi və klubunu dəyişmək istəyi səbəbindən məşqlərdən kənarlaşdırılmışdı. İsveçli futbolçunun "Nyukasl" ilə mövcud müqaviləsi 2028-ci ilin ortalarınadək qüvvədədir.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb