5 dekabr 2025. Cümə

Mərakeşli futbolçu "Lester"dən ayrılır


  • Transfer
  • 18:02 09.08.2025
  • Oxunma sayı: 179
Mərakeşli futbolçu "Lester"dən ayrılır

Mərakeş millisinin üzvü Bəlal əl-Xannus İngiltərə Çempionşipinə düşən "Lester" klubunu tərk edə bilər.

90deqiqe.Az-ın "GMS"a istinadən məlumatına görə, futbolçunun müqaviləsində 26 milyon avro məbləğində sərbər qalma maddəsi mövcuddur və o, bu məbləği ödəməklə komandadan ayrıla bilər.

 21 yaşlı futbolçunun xidmətində "Tottenhem" və "Lids" kimi klublar maraqlıdır.

Həmçinin, bəzi klubların əl-Xannusu almaq üçün bu məbləğdən bir qədər artıq təklif verərək daha sərfəli ödəniş şərtləri əldə etməyə hazır olduqları qeyd edilir.

Keçən mövsümdə hücumameyilli yarımmüdafiəçi klub səviyyəsində 37 oyunda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib (onlardan biri Belçikanın "Bryuq" klubunda — 1 oyun və 1 assist).







Transfer