14 dekabr 2025. Bazar günü

“Milan”ın müdafiəçisi karyerasını İngiltərədə davam etdirəcək


  • Transfer
  • 22:31 09.08.2025
  • Oxunma sayı: 189
“Milan”ın müdafiəçisi karyerasını İngiltərədə davam etdirəcək

“Milan”ın müdafiəçisi Malik Tiav karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, “Nyukasl” və İtaliya klubu 24 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəlib. Müqavilənin ümumi dəyəri bonuslarla birlikdə 40 milyon avro təşkil edəcək.

Bildirilib ki, almaniyalının özü də “Nyukasl”a keçməkdə maraqlı olub. Müdafiəçi yaxın günlərdə tibbi müayinədən keçəcək.

2023-cü ildə Tiav Almaniya millisində üç oyun keçirib, altı görüşdə isə ehtiyat oyunçular sırasında yer alıb. “Milan”da çıxış etdiyi müddətdə futbolçu 85 matçda meydana çıxıb, 1 qol vurub və 2 qol ötürməsi edib.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı