- Transfer
- 12:47 04.12.2025
Səudiyyə Ərəbistanının "Əl-Əhli" yarımmüdafiəçisi Enzo Miyonun transfer hüquqlarını "Ştutqart"dan alıb.
90deqiqe.Az-ın məlumatına görə, 23 yaşlı futbolçu ilə imzalan yeni müqavilənin müddəti isə hələ açıqlanmayıb.
Səudiyyə Ərəbistanı klubu futbolçunun transferi üçün 28 milyon avro ödəyib.
Enzo Miyo futbolçu karyerasına "Monako"nun akademiyasında başlayıb. O, dörd il əvvəl 2 milyon avrodan bir az az məbləğə "Monako"dan "Ştutqart"a keçib. Transfermarkt portalı onun qiymətini 35 milyon avro olaraq göstərir. Miyo həm mərkəz yarımmüdafiəçisi, həm də sağ cinah oyunçusu kimi çıxış edə bilir.
Qeyd edək ki, "Əl-Əhli" klubunun ötən mövsüm ərzində Səudiyyə Ərəbistanı çempionatında toplanmış xalı 67 olub və klub turniri 5-ci pillədə başa vurub.