14 dekabr 2025. Bazar günü

"Arsenal" Ebereçi Ezeni transfer etməyə yaxındır


  • Transfer
  • 16:06 10.08.2025
  • Oxunma sayı: 141
"Arsenal" Ebereçi Ezeni transfer etməyə yaxındır

“Arsenal” klubu “Kristal Pelas”ın yarımmüdafiəçisi Ebereçi Ezeni heyətinə qatmağa yaxındır.

90deqiqe.Az-ın "Football Transfers"ə istinadən məlumatına görə, tərəflər transferin maliyyə şərtlərində razılıq əldə ediblər.

Məlumata əsasən, “topçular” İngiltərə millisinin üzvü üçün 63,5 milyon avro ödəyəcək. Bunun 34,5 milyon avrosu dərhal ödəniləcək, qalan məbləğin ödəniş strukturu isə hələ müzakirə olunur. Bildirilir ki, bu məsələ ciddi maneə yaratmayacaq. Lakin “Kristal Pelas” 27 yaşlı yarımmüdafiəçiyə əvəzləyici tapmadan transferin baş tutmasını istəmir.

Ötən mövsüm Eze bütün turnirlərdə 43 oyuna çıxaraq 14 qol vurub və 11 məhsuldar ötürmə edib. Futbolçunun klubla mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, Ezenin bazar dəyəri 55 milyon avrodur.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı