5 dekabr 2025. Cümə

“Əl-Hilal” Darvin Nunesi transfer edib


  • Transfer
  • 16:20 10.08.2025
  • Oxunma sayı: 131
“Əl-Hilal” Darvin Nunesi transfer edib

Uruqvay millisinin mərkəz hücumçusu Darvin Nunes Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer olunub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Səudiyyə təmsilçisi futbolçu üçün 53 milyon avro təzminat ödəyəcək.

"Əl-Hilal"ın 3 illik müqavilə bağladığı 26 yaşlı forvard isə illik 25 milyon dollar qazanacaq.

Forvard daha əvvəl İngiltərə Premyer Liqasında “Liverpul”un heyətində çıxış edirdi.

Uruqvaylı hücumçu 2022-ci ildə “Liverpul”a keçmişdi. Ötən mövsüm Premyer Liqada 30 oyuna çıxaraq 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ-yə qarşı cavab görüşündə isə penalti seriyasında qeyri-dəqiq zərbə ilə yadda qalıb.







Transfer