5 dekabr 2025. Cümə

"Nyukasl" Aleksandr İsakı satmaqdan imtina etdi


  • Transfer
  • 16:27 10.08.2025
  • Oxunma sayı: 122
"Nyukasl" Aleksandr İsakı satmaqdan imtina etdi

“Nyukasl” hücumçu Aleksandr İsakı bu yay satmayacaq.

90deqiqe.Az-ın "The Telegraph"a istinadən məlumatına görə, “qarğalar”ın qərarı futbolçunun kəskin reaksiyasına səbəb olub və o, bunu sakit qarşılamaqdan imtina edib. Bunun ardından baş məşqçi Eddi Hau oyunçunu komandadan ayrı məşq etməyə göndərib.

Bildirilir ki, İsaq transferinə icazə verilməsini qəbul etməyənədək komandanın heyətində meydana çıxmayacaq. “Nyukasl” isə transfer pəncərəsi bağlanana qədər yeni hücumçu alsa belə, futbolçunu saxlamaq niyyətindədir.

Qeyd edək ki, daha əvvəl İsveç millisinin üzvünə “Liverpul”un maraq göstərdiyi bildirilmişdi.







Transfer