- Transfer
- 12:47 04.12.2025
Almaniyanın “Bayer” klubu İspaniya La Liqasından mərkəz müdafiəçisi transfer etməyə hazırlaşır.
90deqiqe.Az-ın məlumatına görə, Leverkuzenlilər “Sevilya”nın futbolçusu Loik Bademi heyətinə qatmaq üçün artıq rəsmi təklif irəli sürüb.
Tərəflər arasında danışıqlar aktiv fazadadır. “Bayer” 25 yaşlı müdafiəçiyə 5 illik müqavilə təklif edib. Fransızın transfer məbləğinin 20-30 milyon avro civarında olması gözlənilir.
Ötən mövsüm Bade La Liqada 32 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı futbolçunu 25 milyon avro dəyərində qiymətləndirir.