27 mart 2026. Cümə

"Mançester Siti"ni “Everton”a dəyişəcək


  • Transfer
  • 16:06 11.08.2025
  • Oxunma sayı: 145
"Mançester Siti"ni  “Everton”a dəyişəcək

İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Cek Qriliş “Everton”a transfer olunmaq üzrədir.

90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, 29 yaşlı futbolçu “irislilər” tərəfindən icarəyə götürüləcək, gələn yay isə onun transferi üçün 58 milyon avro məbləğində alınma imkanı olacaq.

İngilis futbolçu gələn bazar ertəsi yeni klubu üçün tibbi müayinədən keçəcək. Müayinədən müsbət nəticələr alındığı təqdirdə, tərəflər arasında müqavilə imzalanacaq və rəsmi açıqlama veriləcək.

Yeni mövsümün ilk turunda “Everton” 18 avqust tarixində səfərdə “Lids”lə qarşılaşacaq.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb