15 aprel 2026. Çərşənbə

Qarabağ'ın rəqibi Bakıya yeni hücumçu ilə gələcək


  • Transfer
  • 12:49 02.09.2019
  • Oxunma sayı: 443
Qarabağ'ın rəqibi Bakıya yeni hücumçu ilə gələcək

Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Sevilya" heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, La Liqa klubu "Vest Hem"in forvardı Xavyer Ernandesi transfer edib.

Meksikalı futbolçu artıq Sevilyaya yollanıb. 31 yaşlı futbolçu bu gün tibbi müayinədən keçəcək və ardından yeni komandası ilə müqavilə imzalayacaq .  Premyer Liqa təmsilçisi bu transferdən 9 milyon avro qazanacaq.

Qeyd edək ki, "Sevilya" Avropa Liqasının qrup mərhələsində ilk oyununu sentyabrın 19-da Bakıda "Qarabağ"a qarşı keçirəcək.







Transfer