27 mart 2026. Cümə

"Tottenhem" "Liverpul"un futbolçusu ilə güclənmək istəyir


  • Transfer
  • 16:27 11.08.2025
  • Oxunma sayı: 140
"Tottenhem" "Liverpul"un futbolçusu ilə güclənmək istəyir

"Liverpul"un yarımmüdafiəçisi Harvi Elliott, İngiltərə Premyer Liqasının digər təmsilçisi "Tottenhem"ə keçə bilər.

90deqiqe.Az-ın verdiyi xəbərə görə, "Spurs" klubu, Elliottun transferi üçün "Liverpul"un maliyyə tələblərini ödəməyə hazırdır.

"Tottenhem" klubunun baş məşqçisi, yarımmüdafiəçiyə kreativ oyun qurmaq imkanı yaratmaq və ona "Liverpul"da əksik olan oyun dəqiqələrini təmin etmək istəyirlər.

Ötən mövsüm Elliott bütün yarışlarda 28 matçda iştirak edib, beş qol vurub və üç məhsuldar ötürmə edib. Transfermarkt portalının mütəxəssisləri 22 yaşlı yarımmüdafiəçinin dəyərini 30 milyon avro qiymətləndirib.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb