14 dekabr 2025. Bazar günü

“Çelsi” və “Mançester Yunayted” Donnarummanın transferi üçün danışıqlara başlayıb


  • Transfer
  • 22:24 11.08.2025
  • Oxunma sayı: 230
“Çelsi” və “Mançester Yunayted” Donnarummanın transferi üçün danışıqlara başlayıb

PSJ-nin qapıçısı Canluici Donnarumma karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, İngiltərə Premyer Liqasının iki klubu — “Çelsi” və “Mançester Yunayted" italiyalı qolkiper ilə maraqlanır.

Son saatlarda hər iki klub təcrübəli oyunçunun agenti ilə əlaqə yaradaraq mümkün transferi müzakirə edir.

Donnarumma da karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir və Fransadan ayrılmağa hazırdır.

Qeyd edək ki, Donnarumma avqustun 13-də “Tottenhem”lə UEFA Superkuboku matçının heyətindən kənarlaşdırılıb. 

9 avqustda PSJ “Lill”dən qapıçı Lyuk Şevalyeni transfer etdiyini açıqlayıb. Həmçinin bildirilib ki, Donnarummanın klubdan ayrılması 31 avqusta qədər baş tutmalıdır. Əks halda, o, 2025/2026 mövsümündə oyun praktikasından məhrum qalacaq ki, bu barədə PSJ-nin baş məşqçisi Luis Enrike futbolçunu xəbərdar edib.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı